“Akinak”: İlk treyler yayımlandı | VİDEO

      “Akinak”:    İlk treyler yayımlandı    | VİDEO
  24 Mart 2026    Oxunub:3353
May ayında Azərbaycanda uzun fasilədən sonra çəkilən ilk uşaq filmi ekranlara çıxacaq. Tarixi macəra janrında çəkilmiş “Akinak”ın süjet xətti qədim tarix və mifoloji elementlərin üzərində qurulub. Filmin ilk treyleri yayımlanıb.
Filmin süjetinə görə bir neçə yeniyetmə qəhrəman qədim və simvolik əhəmiyyət daşıyan Akinak qılıncını əldə etməlidir. Bu macəra zamanı qəhrəmanlar müxtəlif sınaqlarla üzləşir, dostluğun, sədaqətin və cəsarətin əsl mənasını anlayırlar. Filmdə həm macəra, həm də vətənpərvərlik motivləri xüsusi yer tutur.

Film “Narimanfilm” MMC tərəfindən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Kino Agentliyinin (ARKA) dəstəyi ilə istehsal olunub.



Filmin quruluşçu rejissoru Elxan Cəfərov (“Əlavə təsir”, “Dolu”, “Yarımçıq xatirələr”), quruluşçu operatoru Ruslan Ağazadə, ikinci rejissoru isə Anar Almazovdur. Ssenari müəllifləri İlqar Safat, Azər Ziyadlı, İrəvani və Lətif Lətifsoydur.

“Akinak” filmi maraqlı macəra süjeti, gənc qəhrəmanların hekayəsi və zəngin vizual həlli ilə Azərbaycan tamaşaçılarına yeni kino təcrübəsi təqdim etməyi hədəfləyir. Film ailəvi auditoriya üçün nəzərdə tutulub.


Teqlər: Akinak   Kino  



Xəbər lenti